Macarıstan ABŞ-dən "HIMARS" və digər müasir silahlar almağı planlaşdırır

 09:26 09.11.2025     257

Macarıstan hökuməti ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri və digər müasir silah növləri almağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Kristof Salay-Bobrovnitski məlumat verib.

Nazir bildirib ki, HIMARS sistemi ölkənin növbəti onillik üçün silahlı qüvvələrin inkişaf planına daxil edilib.

Onun sözlərinə görə, bu sistem Macarıstanın strateji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Vumart və Güvən reklamı Vumart Güvən