ABŞ-də helikopter qəzası - Ölən və yaralılar var

 15:54 09.11.2025     293

ABŞ-nin Tennessi ştatının Uilson dairəsində tibbi helikopterin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb, daha iki nəfər ciddi xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Vanderbilt Universiteti Tibb Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, qəza anında "Vanderbilt LifeFlight" helikopterinin göyərtəsində yalnız üç ekipaj üzvü olub.

Qəza zamanı xəsarət alanlara Vanderbilt Universitetinin xəstəxanasında tibbi yardım göstərilib.

Vumart və Güvən reklamı Vumart Güvən