İsrail PUA ilə "Hizbullah" liderini öldürdü

 14:54 10.11.2025     288

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Səidə şəhəri yaxınlığında avtomobili vurub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə "Hizbullah" hərəkatının yüksək rütbəli üzvü Samir Əli Fakih həlak olub.

Məlumata görə, dron cənub magistralının Sarafənd və Baysariya hissəsində avtomobilə iki raket atıb. Şiə lideri aldığı yaralardan yerindəcə keçinib, onunla birlikdə olan döyüşçü isə xəstəxanaya aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən