Estoniya Rusiya ilə sərhədi tamamilə bağlamaqdan imtina etdi

 18:40 11.11.2025     254

Estoniya parlamenti Rusiya ilə sərhədin tamamilə bağlanmasını təklif edən qanun layihəsini birinci oxunuşda rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.

Məlumata görə, qanun layihəsi mühafizəkar Pro Patria Partiyası tərəfindən irəli sürülüb.

Layihənin lehinə 20 deputat, əleyhinə isə 47 deputat səs verib. Nəticədə sənəd müzakirədən çıxarılıb.

Vumart və Güvən reklamı Vumart Güvən