Böyük Britaniya hakimiyyəti Rusiya ilə gizli əlaqə kanalı yaratmağa cəhd edib
Böyük Britaniya hakimiyyəti Rusiya tərəfi ilə gizli əlaqə kanalı qurmağa çalışıb.
Redaktor.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Rusiya Prezidenti Vladimir Putinlə gizli ünsiyyət kanalı açmaq istəyib.
Qəzetin müsahiblərinin bildirdiyinə görə, Londona bu addımı atmağa sövq edən əsas səbəb ABŞ Prezidenti Donald Trampın administrasiyasının Ukrayna məsələsində Britaniyanın maraqlarına zərbə vuracağı ilə bağlı narahatlıq olub.
Aytəkin TOFİQQIZI













