Yaponiya Rusiyayla dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb

 11:18 12.11.2025     232

Yaponiya hökuməti Rusiyanın 30 yapon vətəndaşına ölkəyə giriş qadağası tətbiq etməsindən təəssüf etdiyini bildirib.

Redaktor.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə hökumət kabinetinin baş katibi Minoru Kixara mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Tokio ilə Moskva arasındakı münasibətlərin mürəkkəb olmasına baxmayaraq, Yaponiya Rusiya ilə müxtəlif kanallar vasitəsilə qarşılıqlı əlaqəni və dialoqu davam etdirməyin vacibliyini hesab edir.

Xatırladaq ki, sentyabr ayında Yaponiya hökuməti 48 Rusiya şirkətinə və 14 nəfərə qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına “Rostex” dövlət korporasiyasına daxil olan Sterlitamakdakı “Avangard” müdafiə zavodu da daxil edilib. Məhdudiyyətlər kapital əməliyyatlarını və ödənişləri əhatə edir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən