Nüvə ritorikası təhlükəlidir, Novaya Zemlya sınaqlara hazırdır - Peskov
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, nüvə ritorikası təhlükəlidir.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, nüvə silahı qarşılıqlı çəkindirmə vasitəsi kimi əhəmiyyət daşıyır, lakin bu mövzuda danışmaq belə təhlükəlidir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin sabiq rəisi, ordu general-polkovniki Vladimir Verxovtsev bəyan edib ki, Novaya Zemlyadakı Rusiya poliqonu nüvə sınaqları üçün tam hazır vəziyyətdədir. Generalın sözlərinə görə, sınaqların bərpası üçün ölkə rəhbərliyinin qərarı kifayətdir.
Xədicə BAXIŞLI













