Yer kürəsində son on ilin ən parlaq Şimal işıqları müşahidə OLUNDU

 08:35 13.11.2025     248

Bu il qeydə alınan ən güclü Günəş alovlanması nəticəsində Yer kürəsində parlaq və genişmiqyaslı Şimal işıqları müşahidə olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, Günəşdə ardıcıl olaraq üçüncü plazma atılması baş verib və bu axın Yerə çataraq son onilliyin ən güclü Şimal işıqlarından birini yaradıb.

“45 dərəcə enlikdən başlayaraq Şimal işıqlarını müşahidə etmək mümkündür. Polyar oval artıq Avropa və Kanadaya doğru çəkilir, lakin bəzi müşahidəçilər Günəş çıxmazdan əvvəl bu nadir hadisəni görməyə çata bilərlər”, - deyə İKİ RAN-dan bildirilib.

Hazırda Yerdə güclü maqnit qasırğası davam edir. Ona G3.3 indeksi verilib ki, bu da güclü geomaqnit pozuntuları deməkdir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən