Türkiyədə ardıcıl 3 güclü zəlzələ OLDU

 09:27 13.11.2025     212

Türkiyədə - Balıkesirin Sındırqı rayonunda zəlzələlər ardıcıl şəkildə davam edir. Bu səhər saatlarında bölgədə üç yeni yeraltı təkan qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, saat 06:16-da 4,7 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanın dərinliyi 12,31 kilometr olaraq ölçülüb.

Bundan dörd dəqiqə sonra, saat 06:20-də eyni bölgədə 4,2 maqnitudalı, ardından 06:21-də yenə 4,2 bal gücündə iki zəlzələ baş verib. Bu zəlzələlərin dərinlikləri müvafiq olaraq 7 və 7,89 kilometr olub.

Xatırladaq ki, 10 avqust və 27 oktyabr tarixlərində Sındırqıda baş verən 6,1 maqnitudalı güclü zəlzələlərdən sonra bölgə “Ümumi Həyata Təsir Edən Fəlakət Bölgəsi” elan edilmişdi.

Hazırda bölgədə sarsıntıların davam etdiyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən