Rusiyada bir gecədə 130 pilotsuz uçuş aparatı məhv edilib

 10:08 13.11.2025     223

Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə saatlarında 11 regionda və Qara dəniz akvatoriyası üzərində ümumilikdə 130 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.

Məlumata görə, ən çox PUA Kursk və Belqorod vilayətlərində vurulub, hər birində 32 ədəd olmaqla.

Bundan başqa, 20 PUA Voronej vilayətində, 17-si Qara dəniz üzərində, 7-si Krımda, 6-sı Orlov vilayətində, 5-i Krasnodar diyarında, 4-ü Tambov vilayətində, 3-ü Rostov vilayətində, 2-si Bryansk vilayətində, hər bir ədəd isə Tula və Moskva vilayətlərində məhv edilib.

Orlov vilayətinin qubernatoru Andrey Klıçkov səhər açıqlamasında bildirib ki, vurulan pilotsuz aparatın qalıqlarının düşməsi nəticəsində bölgədə bir neçə avtomobil və yaşayış evi zədələnib. Hadisə yerlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən