Ukrayna fevralda maliyyəsiz qala bilər

 11:16 13.11.2025     225

Ukrayna 2026-cı ilə keçid dövründə, yəni artıq fevral ayında maliyyə vəsaitlərindən məhrum qala bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Bu, Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivləri hesabına Kiyevə “reparasiya kreditləri” ayırmaq barədə razılığa gələ bilməməsi halında baş verə bilər.

Nəşrin məlumatına görə, Ukrayna 2025-ci ilin sonuna yaxın maliyyə böhranı ilə üzləşəcək və əgər Brüssel 140 milyard avro dəyərində Rusiya Mərkəzi Bankına məxsus, hazırda Belçikadakı depozitariyada saxlanılan aktivlərin istifadəsi planını bloklamağa davam edərsə, Kiyev fevralda faktiki olaraq vəsaitsiz qalacaq.

Bundan əvvəl Belçikanın baş naziri Bart de Vever Brüsselin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək istəməməsinə görə ünvanlanan tənqidləri rədd etmişdi. O, Aİ ölkələrini “Belçika hakimiyyətini qaralamaqda” günahlandıraraq qeyd etmişdi ki, digər Avropa dövlətləri də Rusiya vəsaitlərinin tam müsadirəsinə hələlik cəsarət etmirlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən