"Avropa siyasətçilərinin açıqlamaları öz ölkələrinin əhalisini qorxutmaq üçündür" - Rusiya rəsmisi

 12:04 13.11.2025     264

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Avropa siyasətçilərinin Rusiya ilə bağlı təhlükə haqqında açıqlamaları əslində öz ölkələrinin əhalisini qorxutmaq üçündür.

Redaktor.az bu barədə xarici mediaya istinadla məlumat verir.

Şoyqu deyib ki, bu cür açıqlamalar Avropalılar tərəfindən ilk növbədə öz xalqlarını qorxutmaq üçün verilir və Avropa belə üsullardan artıq uzun illərdir istifadə edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən