Gürcüstanda təyyarə qəzasında şəhid olan 20 hərbçinin hamısının nəşi TAPILDI
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində şəhid olan 20 hərbçinin hamısının nəşi tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Axtarış-xilasetmə işləri zamanı sonuncu şəhidin də nəşi aşkarlanıb.
Qeyd edilib ki, bununla da axtarış-xilasetmə işləri başa çatıb.













