Suriyanın Londondakı səfirliyi yenidən açıldı

 18:10 13.11.2025     239

Suriyanın Böyük Britaniyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Redaktor.az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Həsən əş-Şeybani “X” hesabında bildirib.

O, səfirliyin binasında Suriya bayrağını qaldırıb.

“Əsəd rejiminin illərdir yaratdığı təcriddən sonra bu gün Londonda Suriya səfirliyi yenidən açılır. Suriya öz azad kimliyi ilə dünyaya qayıdır”, - XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Suriyanın keçmiş hökuməti dövründə Britaniya ilə Suriya arasında diplomatik əlaqələr kəsilib.

Vumart və Güvən reklamı Vumart Güvən