ABŞ-də H3N2 virusunun yeni alt növü ilə bağlı narahatlıqlar artır
ABŞ-də H3N2 qrip virusunun yaz aylarında ortaya çıxan yeni alt növünün yayılması ilə bağlı narahatlıqlar artır.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
İngiltərə, Kanada və Yaponiyada bu alt növ səbəbindən qrip hallarının artması, gələn qrip mövsümü öncəsi ABŞ-də "şiddətli qrip" epidemiyasından ehtiyat olunmasına səbəb olur.
Mütəxəssislər bildirir ki, H3N2 virusu yaz boyunca bir neçə dəfə mutasiyaya uğradığı üçün mövcud qrip peyvəndində olan H3N2 növündən fərqlənir. İngiltərədə keçən ilə nisbətən qrip hallarının üç dəfə artması, Kanadada və Yaponiyada isə qrip mövsümünün qeyri-adi erkən və şiddətli keçməsi qeyd olunur.
ABŞ-də isə yeni H3N2 alt növünün yayılması ilə bağlı dəqiq məlumatlar yoxdur, çünki CDC hökumət işlərinin dayandırılması səbəbindən qrip statistikalarını yeniləyə bilmir. Mütəxəssislər vaksinasiya ilə bağlı qlobal tövsiyələrin vacib olduğunu, peyvəndin xəstəliyin şiddətini əhəmiyyətli dərəcədə azaltdığını bildirirlər.
Nuriyyə NATİQQIZI













