Sİ Cinpin G20 sammitində iştirak etməyəcək
Çin Xalq Respublikasının Prezidenti Si Cinpin yaxın gələcəkdə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək Böyük 20-lik (G20) sammitində iştirak etməyəcək.
Redaktor.az Çin mediasına istinadla xəbər verir ki, ölkə nümayəndə heyətinə Baş Nazir Li Çyan rəhbərlik edəcək.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp da əvvəlcədən sammitdə iştirakdan imtina etmişdi. Bu səbəbdən G20-nin yaranmasından bəri ilk dəfədir ki, birliyin üç ən böyük dövlətinin başçıları sammitdə iştirak etməyəcək.
ABŞ Prezidenti Tramp sammitdə iştirak etməmə səbəbini Cənubi Afrikada ağ əhalinin hüquqlarının pozulması ilə əlaqələndirmiş, 2026-cı ildə Mayamidə keçiriləcək G20 görüşünü səbirsizliklə gözlədiyini bildirmişdir.
Nuriyyə NATİQQIZI













