Rusiyanın Müdafiə Nazirliyinə məxsus qırıcı qəzaya UĞRADI
Rusiyanın Müdafiə Nazirliyinə məxsus Su-30 qırıcısının Kareliyada qəzaya uğradığı bildirilib. Nazirliyin məlumatına görə, təyyarə təlim uçuşu həyata keçirirmiş.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasına istinadən TASS məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, qəza Moskva vaxtı ilə saat 19:00 radələrində baş verib. Məlumata görə, təyyarə insanların olmadığı əraziyə düşüb. Marşrut barədə əlavə məlumat verilməyib.
Təyyarənin qəzaya uğraması barədə xəbər bu gün, noyabrın 13-də yayılıb. Müdafiə Nazirliyi hadisəni təsdiqləyib və bildirilib ki, qəzaya uğrayan təyyarə Su-30 tipli qırıcı olub.
Məlumata əsasən, qırıcının heyəti həlak olub.
Xədicə BAXIŞLI













