Merts Zelenskidən ukraynalıların ölkəni tərk etməməsi üçün tədbir görməsini xahiş ETDİ

 22:18 13.11.2025     290

Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskidən ukraynalıların ölkəni tərk etməməsi üçün tədbirlər görülməsini xahiş edib.

Redaktor.az
xəbər verir ki, bu barədə Welt nəşri məlumat yayıb.

“Merts xüsusilə gənc ukraynalıların Almaniyaya köçmək əvəzinə öz ölkələrində xidmət göstərməsinin vacibliyini qeyd edib. O, Zelenskidən bunun təmin edilməsini xahiş edib”, - məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən