Təyyarə qəzasında həlak olan 20 hərbçi üçün hərbi vida mərasimi KEÇİRİLİR

 10:24 14.11.2025     219

Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində həlak olan 20 hərbçi üçün Mürted Hava Bazasında hərbi mərasim keçirilir.

Redaktor.az-ın məlumatına görə, mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin komanda heyəti iştirak edir.

Qeyd edək ki, hərbçilərin 19-u bu gün dəfn ediləcək. Hava Pilot Yarbay Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən