BƏƏ-dən Sinqapura gedən neft tankeri istiqamətini qəfil İrana DƏYİŞDİ

 12:50 14.11.2025     226

Birləşmiş Ərəb Əmirliklərindən Sinqapura neft daşıyan Marşal Adaları bayraqlı tanker kəskin dönüş edərək qəfil İranın ərazi sularına tərəf istiqamətlənib.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın dənizdə təhlükəsizlik şirkəti “Ambrey” məlumat yayıb.

Məsələnin detalları açıqlanmayıb, lakin tankerin girov götürülməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən