Yaponiya Şimali Koreya ilə səmərəli münasibətlər qurmaq istəyir

 15:40 14.11.2025     306

Yaponiya baş naziri Sanae Takaiti Şimali Koreya lideri Kim Çen In ilə şəxsi görüş keçirmək arzusunu ifadə edib. O, bu görüşün iki ölkə arasında yeni və daha səmərəli münasibətlərin qurulmasına töhfə verə biləcəyini deyib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

Takaitinin sözlərinə görə, o, “Yaponiya və Şimali Koreya arasında yeni və məhsuldar münasibətlərə doğru irəliləmək üçün Kim Çen In ilə şəxsən görüşməyi” ümid edir və müxtəlif şəraitlərdən asılı olaraq cəsarətli addımlar atmağa hazırdır.

Baş nazir bildirib ki, Tokionun əsas məqsədlərindən biri 1970–1980-ci illərdə Şimali Koreya tərəfindən qaçırılmış yapon vətəndaşları məsələsində irəliləyiş əldə etməkdir. Bu məsələ iki ölkə arasında, rəsmi diplomatik münasibətlərin olmamasına baxmayaraq, ən həssas mövzulardan biri olaraq qalır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən