“İskəndər”in qəlpələri səfirliyimizin binasına düşüb - FOTO
Rusiya ordusu noyabrın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı zərbələr endirib.
Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, raketlərdən birinin səfirliyin ərazisinə düşməsi nəticəsində orada böyük bir yarıq əmələ gəlib.
Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.


























