Rusiya–Qazaxıstan–Özbəkistan qaz layihəsi uğurlu nəticələr göstərir - Tokayev

 14:06 15.11.2025     310

Rusiya, Qazaxıstan və Özbəkistan arasında həyata keçirilən birgə qaz layihəsi uğurla davam edir və qaz tranzitinin artırılması planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daşkəndə dövlət səfəri çərçivəsində keçirdiyi brifinqdə bildirib.

“Rusiya–Qazaxıstan–Özbəkistan qaz layihəsi uğurlu nəticələr göstərir. Birgə səylərlə qaz tranzitinin həcmini artırmağı planlaşdırırıq. Bundan əlavə, neft sahəsində və atom sənayesində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, – Qazaxıstan Prezidenti qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin iyununda Özbəkistan “Qazprom”la qaz alışına dair müqavilə imzalayıb və tədarüklər həmin ilin oktyabrından başlayıb. Bu ilin 16 oktyabrında Rusiya hökuməti “Qazprom”un Özbəkistana ildə 7,7 milyard kubmetr təbii qaz tədarükü üzrə müqaviləni icra etdiyini açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən