“Rusiya və ABŞ Alyaskadakı anlaşmalar əsasında dialoq aparır” - Uşakov

 21:00 16.11.2025     237

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva ilə Vaşinqton arasında Ukrayna üzrə danışıqlar Alyaskanın Ankoric şəhərində əldə olunan anlaşmalar əsasında davam edir.

Redaktor.az xəbər verir ki, o, bunu jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

“Biz Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Ankoricdə əldə olunan anlaşmalar çərçivəsində fəal dialoq aparırıq. Hesab edirik ki, bu, sülhün əldə olunması üçün real və düzgün yoldur”, — Uşakov deyib.

Vumart və Güvən reklamı Vumart Güvən