Ayaqyoluna getmək üçün meşəyə girən fermeri pələng PARÇALADI
Hindistanın Uttar-Pradeş ştatında pələng meşəlik ərazidə ayaqyoluna gələn fermerə hücum edərək onu parçalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 40 yaşlı kişi ayaqyoluna getmək üçün meşəyə daxil olub və bir müddət sonra vəhşi heyvanın hücumuna məruz qalıb. O, ağır xəsarətlər alıb və hadisə yerində ölüb. Axşam evə qayıtmayınca ailə üzvləri və kənd sakinləri onun axtarışına başlayıblar.
Fermerin meyiti meşədə pələngin hücumu izləri ilə tapılıb. Əvvəlcə onun tarladan qaçırıldığı ehtimal edilsə də, orada nə qan izləri, nə də heyvanın izləri aşkarlanmayıb.
Nuriyyə NATİQQIZI













