Fransa və Almaniya yeni nəsil qırıcı təyyarə layihəsindən imtina edə bilər?

 11:40 17.11.2025     228

Fransa və Almaniya Future Combat Air System (FCAS) layihəsi çərçivəsində yeni nəsil qırıcı təyyarələrin istehsalı üzrə birgə hərbi layihədən imtina edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Berlin və Paris Avropanın ən böyük silah istehsalı proqramını bağlamaq həddinə gətirən ciddi çətinliklərlə üzləşib. Çətinliklərin əsas səbəbi Airbus və Dassault Aviation şirkətlərinin gələcək nəsil qırıcı təyyarənin necə hazırlanması barədə fikir ayrılığıdır.

Hazırda Fransa və Almaniya layihəni yalnız bulud əsaslı sistemin yaradılması ilə məhdudlaşdırmaq imkanını müzakirə edir. Bu sistem qırıcıları radarlar, pilotsuz uçuş aparatları və yerüstü, həmçinin dəniz idarəetmə sistemləri ilə birləşdirməyə imkan verəcək.

Layihə iştirakçısı olan ölkələr təyyarənin yaradılması ilə bağlı yekun qərarı ilin sonuna qədər verməlidir. Bununla belə, FT yazır ki, Airbus və Dassault arasındakı mübahisələri bu mərhələdə həll etmək üçün artıq çox gec olduğu qeyd olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən