"Avropa İttifaqı bizim üçün təhlükə yaradır" - Viktor Orban
Macarıstan Baş naziri Viktor Orban bildirib ki, bu gün ölkəsi üçün ən böyük təhlükə Avropa İttifaqıdır (Aİ).
Bu barədə Redaktor.az "Politico"ya istinadla məlumat verir.
“Avropa İttifaqı bizim üçün təhlükə yaradır. Onlar bizi şantaj edirlər. İqtisadi və maliyyə baxımından bizi boğmağa çalışırlar”, - deyə Orban qeyd edib.
O həmçinin vurğulayıb ki, seçkilərdə onun əsas rəqibi müxalif “Hörmət və Azadlıq” Partiyasının lideri Peter Madyar deyil, məhz Brüsseldir.
“Brüsseldə istərdilər ki, Macarıstanda hökumət dəyişdirilsin. Onlar istərdilər ki, Macarıstanda hökumət Polşadakı kimi olsun və Brüsselin miqrasiya, iqtisadiyyat və müharibə siyasətinə uyğun hərəkət etsin”, - deyə Macarıstan Baş naziri əlavə edib.
Aytəkin TOFİQQIZI













