Nigeriyada silahlılar qızlar məktəbindən 25 şagird qaçırdı

 18:49 17.11.2025     310

Nigeriyanın Kebbi bölgəsində silahlılar qızlar məktəbinə hücum edərək 25 şagirdi qaçırdıb.

Redaktor.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Yerli polisin məlumatına görə, məktəbə hücum edən şəxslər müasir silahlarla təchiz olunmuşdular.

Hücum zamanı məktəbin müdir müavini öldürülüb.

Şagirdləri qaçırdıqdan sonra hücum edən şəxslər Zamfara bölgəsinə qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən