Tramp Rusiya-Ukrayna münaqişəsinin bitəcəyinə ÜMİD EDİR
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin yaxın zamanda sona çatacağına ümid etdiyini deyib.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Tramp bunu birbaşa deməsə də, dəfələrlə müharibələrin siyahısının qısaldılmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, öz administrasiyasının qiymətlərin tənzimlənməsi və əlçatanlığı sahəsində ciddi nailiyyətləri var.
“İstəyirəm ki, insanlar qiymətlərin formalaşdırılması və əlçatanlıq sahəsində gördüyüm böyük işi etiraf etsinlər, çünki biz qiymətləri xeyli aşağı saldıq… həmçinin səkkiz müharibəni başa vurduğumuz və daha birinin isə çox tezliklə bitəcəyinə inandığım üçün”, - deyə Tramp bildirib.
Aytəkin TOFİQQIZI













