Lavrov Pakistanın xarici işlər naziri ilə görüşəcək

 11:06 18.11.2025     224

Rusiya xarici işlər naziri Sergey Lavrov Pakistanın baş nazirinin müavini və ölkənin xarici işlər naziri İshaq Dar ilə danışıqlar aparacaq.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlayıb.

Onun sözlərinə görə, görüş 18 noyabrda Moskvada keçiriləcək. Zaxarova danışıqların detalları barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, dünən Lavrov Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə də görüş keçirib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən