BMT Təhlükəsizlik Şurası Trampın Qəzza təşəbbüsünü dəstəklədi

 15:04 18.11.2025     208

ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının Qəzza sektorunun idarə olunması üçün “Sülh Şurası” adlı yeni qurumun yaradılması ideyasını dəstəklədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp özünün Truth Social sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurası Qəzzada sabitliyin bərpasına yönəlmiş yeni modelin qurulması təşəbbüsünə müsbət yanaşıb. Tramp qeyd edib ki, “Sülh Şurası” bölgədə idarəetmənin koordinasiyasını təmin etməyi hədəfləyir.

BMT Təhlükəsizlik Şurası hələlik məsələ ilə bağlı rəsmi bəyanat yaymayıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən