66 ildən sonra bildi ki, orqanları... - ŞOK hadisə

 15:40 18.11.2025     231

Türkiyədə yaşayan 66 yaşlı Evin Aslan uzun müddətdir davam edən mədə ağrıları ilə xəstəxanaya müraciət etdikdən sonra nadir rast gəlinən bir tibbi vəziyyətlə qarşılaşıb.

Redaktor.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, müayinələr nəticəsində qadının bütün daxili orqanlarının tərs yerləşdiyi məlum olub.

Evin Aslan indiyə qədər ürəyinin sağ tərəfdə döyündüyünü desə də, buna görə uzun illər ailəsini inandıra bilmədiyini bildirib. Müxtəlif xəstəxanalara müraciət etsə də, konkret diaqnoz qoyulmayıb.

Son olaraq Gaziantep Şəhər Xəstəxanasında aparılan MRT müayinəsində onun ürək, mədə, dalaq, döş və qarın boşluğu orqanlarının sağ tərəfdə, qaraciyər və öd kisəsinin isə sol tərəfdə yerləşdiyi müəyyən edilib. Tibbdə bu vəziyyət “situs inversus totalis” adlanır.

Qastroenteroloq Dr. Ahmet Akbay bildirib ki, xəstədə öd yollarında daşlar da aşkarlanıb və bu, təkrarlanan pankreatitlərə səbəb olub. Həkim komandası inkişaf etmiş endoskopik üsul olan RCP əməliyyatı ilə öd kanalındakı daşları uğurla çıxarıb.

Dr. Akbay hadisəni çox nadir rast gəlinən tibbi hal kimi qiymətləndirib: “Hem orqanların tam tərs yerləşməsi, həm də pankreatitlə müşahidə olunması olduqca qeyri-adi vəziyyətdir. Əməliyyat çətin olsa da, uğurla icra olundu və xəstə sağlığına qovuşdu”.

Evin Aslan əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu deyib: “Bu vəziyyətdən xəbərsiz idim. Ağrılarım artdıqdan sonra xəstəxanaya müraciət etdim. Çətin bir proses idi, amma indi özümü yaxşı hiss edirəm. Həkimlərə təşəkkür edirəm”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən