ABŞ-də yük təyyarəsi qəzaya uğradı: 7 ölü, 11 yaralı

 12:32 19.11.2025     231

ABŞ-nin Kentukki ştatının Luisvill şəhərində yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.

ABŞ Federal Aviasiya İdarəsinin (FAA) məlumatına görə, Luisvill Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə bir neçə dəqiqə sonra yerə düşüb. Bildirilib ki, qəzaya uğrayan yük təyyarəsi hava limanından Honoluluya – Havay adalarının paytaxtına uçmalı imiş.

Qəzanın hava limanı yaxınlığındakı yaşayış massivinə yaxın ərazidə baş verdiyi qeyd olunub. “UPS 2976” reysi ilə uçan “MD-11” tipli təyyarənin qəzaya düşmə səbəbi araşdırılır. Hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən