"Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəbləri araşdırılır" - Ərdoğan

 14:58 19.11.2025     213

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəblərinin araşdırıldığını bildirib.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidenti bildirib ki, qəzanın səbəblərini araşdıran mütəxəssislər məlumatları ictimaiyyətlə bölüşəcək.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Vumart və Güvən reklamı Vumart Güvən