Rusiya və ABŞ ukrayna münaqişəsinin həllində açıq görünməyə biləcək işlər APARIR
Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə işlər açıq şəkildə aparılmaya da bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa lenta.ru ilə söhbətində bildirib.
Çepa qeyd edib ki, çox məsələlər artıq Alyaskada və digər səviyyələrdə müzakirə olunub. Hazırkı işlər ictimaiyyətə açıqlanmaya da bilər, çünki hər hansı həll addımları həm ABŞ daxilində, həm də Avropada ciddi müqavimətlə qarşılanır. Deputat həmçinin ABŞ-nin NATOdakı həmkarlarının bütün sülh razılaşmalarını pozmaq çağırışlarını xatırladıb.
Buna baxmayaraq, Çepa vurğulayıb ki, münaqişəni açıq şəkildə aparmadan tamamilə bitirmək mümkün olmayacaq. Müəyyən mərhələdə əldə olunan razılaşmaların təsdiqi və ratifikasiyası qaçılmazdır.
“Ukrayna ilə sülh sazişlərinin imzalanması, imzalanma legitimliyinin məsələsinin həll edilməsi lazım olacaq. Çünki həm prezident, həm də parlamentin statusu bu gün kifayət qədər mürəkkəbdir,” - deyə Çepa bildirib.
Aytəkin TOFİQQIZI













