Göyərtəsində 267 nəfərin olduğu Cənubi Koreya gəmisi qayalıq ərazidə saya oturub

 18:28 19.11.2025     231

Cənubi Koreyaya məxsus sərnişin gəmi Canqsando adasına yaxınlığında saya oturub.

Redaktor.az Cənubi Koreya mətbuatına istinadən xəbər verir ki, “Kraliça Genubia 2” adlanan gəminin göyərtəsində ekipajla birlikdə 267 nəfər olub.

Məlumata görə, gəmi Canqsando adasına yaxınlaşarkən qayalıq əraziyə keçib və həmin bölgədə qalıb.

Xəsarət alanların olması barədə məlumat yoxdur.

Hadisənin baş verdiyi yerdə xilasetmə işləri aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən