ABŞ və Avropa İttifaqı ölkələri “hərbi Şengen” zonasını yaratmağa razılaşdı

 17:53 19.11.2025     221

Avropa İttifaqının səkkiz ölkəsi sərhədlərarası hərbi texnika və qoşunların sürətli hərəkətini təmin etmək üçün xüsusi zona yaradıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Rəsmi sənəddə bildirilib ki, Mərkəzi və Şimali Avropanın hərbi mobilik zonası (CNE MMA) təsis edilib. Memorandumu imzalayan ölkələr: Almaniya, Belçika, Niderland, Polşa, Litva, Slovakiya, Çexiya və Lüksemburqdur. İndi bu dövlətlərin sərhədlərindən qoşunlar və ağır texnika daha sürətli şəkildə keçə biləcək.

Sənəddə qeyd olunur ki, növbəti addım Avropada “hərbi Şengen” zonası yaratmaq olacaq. Məqsəd hərbi qüvvələrin sərhəd nəzarəti olmadan, müəyyənləşdirilmiş qaydalar və prosedurlar çərçivəsində hərəkətini asanlaşdırmaqdır. Bu zonada həmçinin quru koridorları, aeroportlar və dəniz limanlarının şəbəkəsi fəaliyyət göstərəcək.

Polşa radiosu RMF FM əvvəllər məlumat yayıb ki, bu addım əsasən “Rusiya ilə potensial konflikt” halında qoşunların sürətli hərəkətini təmin etmək məqsədilə atılır. Avropa Komissiyasının rəsmiləri bu ideyanı “hərbi Şengen” adlandıraraq sərhəd nəzarətinin aradan qaldırılacağını açıqlayıblar.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən