Türkiyə Ukrayna ilə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq NİYYƏTİNDƏDİR

 20:38 19.11.2025     246

“Müharibənin gətirdiyi ağır şəraitə baxmayaraq, Türkiyə Ukrayna ilə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətindədir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra mediaya açıqlamasında səsləndirib.

Ərdoğan Ukrayna və Türkiyə arasında müstəsna körpü rolunu oynayan Krım tatarlarına dəstəyini bundan sonra da davam etdirəcəyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən