Süni intellekt modelləri insanların dünyagörüşünə təsir edir - Putin

 21:58 19.11.2025     256

Rusiya Prezidenti Vladimir Putin AI Journey konfransında bildirib ki, süni  intellekt modelləri artıq insanların dünyagörüşünə təsir göstərməyə başlayır.

Redaktor.az  xəbər verir ki, bu barədə "TASS" məlumat verib.

“Bu modellər böyük həcmdə yeni məlumatlar yaradır, informasiya yayımının ən vacib alətlərindən birinə çevrilir. Bu isə o deməkdir ki, onlar insanların dəyərlərinə və dünyagörüşünə təsir edə, dövlətlərin və bütövlükdə insanlığın mənəvi məkanını formalaşdıra bilirlər”, – deyə Putin vurğulayıb.

Bundan əvvəl “Sber”in süni intellekt mövzusuna həsr olunmuş sərgisində Prezident bir elektron köməkçi “Alisa”nın inkişaf etdiricilərindən soruşub ki, onlar uşaqların proqramlardan asılı olmadan müstəqil düşünmə qabiliyyətini necə təmin etməyi planlaşdırırlar.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən