Rusiya-ABŞ danışıqları haqqında xəbərlər şayiədir - İsveç XİN

 15:42 20.11.2025     250

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Rusiya və ABŞ arasında Ukrayna məsələsi ilə bağlı guya aparılan yeni danışıqlar barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bunu "Politico" qəzetinə müsahibəsində deyib.

Stenerqardın sözlərinə görə, danışıqlar barədə yayılan xəbərlər təsdiqlənmədiyi üçün buna ciddi yanaşmağa dəyməz:
“Hər hansı danışıqlar barədə şayiələr yayılan kimi insanlar buna fikir verməyi dayandırır. Bu isə hələlik heç nəyə gətirib çıxarmayıb”, — deyə o vurğulayıb.

Nazir hazırkı şəraitdə Avropa ölkələrinin Rusiyaya təzyiqi artırmağa və Ukraynaya dəstəyi genişləndirməyə daha çox diqqət yetirməli olduğunu bildirib. Onun fikrincə, bu, atəşkəsə nail olmaq ehtimalını yüksəldə bilər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən