İranda siyasi gərginlik: Vitse-prezident istefa verdi

 16:27 20.11.2025     220

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini Prezident Məsud Pezeşkiana təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti məlumat verib.

Nəşrin iddiasına görə, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Lakin prezident bu istefanı qəbul etməyib:

“Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri - icraçı vitse-prezident Məhəmməd Cəfər Qaimpənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb”.

Vumart və Güvən reklamı Vumart Güvən