Zelenski Pentaqonun nümayəndələri ilə GÖRÜŞDÜ

 19:12 20.11.2025     252

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp tərəfindən göndərilən və Pentaqonu təmsil edən nümayəndə heyəti ilə artıq ilkin görüşünü keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda nümayəndələrlə geniş tərkibdə görüş başlanır. Görüşdə son korrupsiya qalmaqalında adı hallanan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun da iştirak edəcəyi bildirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən