Pezeşkian paytaxtın Tehrandan köçürülməsi təklifini yenidən gündəmə gətirdi
İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtı Tehranın başqa yerə köçürülməsinin vacibliyini bir daha vurğulayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyinin məlumatında deyilir.
Məlumata görə, prezidentin bu istəyi şəhərin əhalisinin həddindən artıq olması və su çatışmazlığı ilə əlaqədardır.
Pezeşkian bildirib ki, şəhər əhalisi artmağa davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək.
"Bizim başqa seçimimiz yoxdur. Bu, zərurətdir", - prezident bildirib.













