ABŞ-də Zelenskinin “axsaq ördək” adlandırıldığı bildirilir
"Ukraynada baş verən korrupsiya qalmaqalı prezident Vladimir Zelenskini “axsaq ördək” vəziyyətinə salıb".
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşrin yazdığına görə, Ukraynada genişmiqyaslı korrupsiya qalmaqalının üzə çıxması ölkənin imicinə ciddi zərər vurub və Vladimir Zelenskiyə olan inamı xeyli sarsıdıb. Məqalədə qeyd olunur ki, bu hadisələr Zelenskini ölkəsində siyasi cəhətdən zəifləmiş lider – “axsaq ördək”ə çevirib.
Noyabr ayında CNN xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampın da maliyyəçi Ceffri Epşteynlə bağlı qalmaqal fonunda və üçüncü müddətə gedə bilməyəcəyini etiraf etməsindən sonra “axsaq ördək” kimi adlandırılması mümkündür.
Nuriyyə NATİQQIZI













