Qazaxıstan yeni nəqliyyat marşrutu ilə Türkiyəyə çıxış əldə etmək niyyətindədir

 11:31 21.11.2025     245

Ticarət marşrutlarının şaxələndirilməsi həmişə müsbət qarşılanıb. Marşrutlar nə qədər çox olarsa, ölkə üçün bir o qədər yaxşıdır.

Redaktor.az xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev bu barədə jurnalistin Zəngəzur dəhlizinin həyata keçirilməsinin Qazaxıstan üçün açdığı imkanlar barədə sualına cavabında bildirib. O qeyd edib ki, bu marşrutun istifadəyə verilməsi əlavə tranzit və ixrac imkanları yaradır. “Bu, xüsusilə dənizə çıxışı olmayan ölkə kimi bizim üçün vacibdir”, - deyə nazir bildirib.

Öz növbəsində, bu ölkənin milli iqtisadiyyat naziri Serik Jumangarin qeyd edib ki, Qazaxıstan hazırda Azərbaycan vasitəsilə Gürcüstana, Qara dəniz limanlarına olan mövcud logistikadan istifadə edir. “Bu marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, Türkiyənin dəniz limanlarına çıxışı təmin edəcək”, - deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən