Avropa liderləri Zelenskiyə zəng etdilər

 16:58 21.11.2025     321

Almaniya, Fransa və Böyük Britaniya liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon zəngi baş tutub.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, Avropa liderləri Zelenski ilə söhbət zamanı Ukraynanın öz suverenliyini qorumaq potensialını qoruyub saxlamalı olduğunu vurğulayıblar.

Zelenski və Avropa liderləri ABŞ-nin Ukraynadakı müharibəni sonlandırmaq cəhdlərini müsbət qarşıladıqlarını bildiriblər.

Almaniya kansleri Fridrdix Mertz, Böyük Britaniya Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukraynaya davamlı və ədalətli sülh yolunda dəstəklərini ifadə ediblər və vurğulayıblar ki, Avropa Ukraynanı konkret təhlükəsizlik zəmanətləri ilə təmin etməyə hazırdır.

Vumart və Güvən reklamı Vumart Güvən