ABŞ vitse-prezidenti Zelenski ilə sülh planını müzakirə EDƏCƏK
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ vitse-prezidenti Ceyms Devid Venslə Vaşinqtonun təklif etdiyi sülh planını müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid “X” hesabında bildirib.
Qeyd edək ki, beynəlxalq media ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün 28 maddədən ibarət sülh planı işləyib-hazırladığı barədə yazılar dərc edir. Rəsmi Moskva isə ABŞ-dən sözügedən plan haqqında heç bir məlumat almadığını bildirib.













