Vyetnamda daşqın və torpaq sürüşmələri 55 nəfərin həyatına son qoyub

 10:30 22.11.2025     230

Vyetnamın mərkəzi hissəsində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, 13 nəfər itkin düşüb.

Ölüm hallarının əksəriyyəti Kanh Hoa və Dak Lak vilayətlərində qeydə alınıb.

Vyetnam hökuməti təbii fəlakətlərin ölkə iqtisadiyyatına 341 milyon dollar həcmində ziyan verdiyini bildirib.

235 000-dən çox evi su basıb və 80 000 hektara yaxın ərazidə becərilən məhsul tələf olub.

Qeyd edək ki, Vyetnamın daşqınlara məruz qalan mərkəzi hissəsi ölkənin kofe istehsalında ən mühüm paya malikdir.

Vumart və Güvən reklamı Vumart Güvən