Pezeşkian istefa verir? - RƏSMİ AÇIQLAMA

 16:28 22.11.2025     255

"İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı şayiələr həqiqətə uyğun deyil".

Redaktor.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu prezidentin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah bildirib.

Qaempənah vurğulayıb ki, hazırkı hökumət misligörünməmiş problemlərlə üzləşsə də, İran xalqına xidmət etməkdən geri çəkilmək niyyətində deyil.

"Biz İranı sevirik və onun üçün çalışırıq. Tənqid və təzyiqlərə baxmayaraq, kənara çəkilməyəcəyik. İran bütün vətəndaşlarımıza məxsusdur və hökumət də bu məsuliyyətin yerinə yetirilməsi işinə sadiqdir", - deyə o, fikirlərini tamamlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən