Türkiyə 300 qanunsuz əfqan miqrantı deportasiya etdi

 11:09 23.11.2025     223

Müxtəlif tarixlərdə Türkiyəyə qanunsuz daxil olan və Van vilayətində hüquq-mühafizə orqanları tərəfindən tutulan 300 qanunsuz əfqan miqrant Əfqanıstana göndərilib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, miqrantlar Əfqan Hava Yollarına məxsus təyyarələrlə öz ölkələrinə deportasiya edilib.

Hakimiyyət orqanları qanunsuz miqrasiyaya qarşı mübarizənin qətiyyətlə davam etdiyini bildirdilər.

Vumart və Güvən reklamı Vumart Güvən